
Fransa Prezidenti Emmanuel Makron Parisdə keçirilən Olimpiya Oyunlarının açılış mərasimində tamaşaçılar tərəfindən fitə basılıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə Fransanın “Vətənpərvərlər” Partiyasının lideri Florian Filippo sosial şəbəkə hesabında məlumat yayıb.
Filippo qeyd edib ki, hətta diqqətlə seçilmiş auditoriya da Makronun görünüşündən açıq narazılıq ifadə edib, prezident isə çaşıb qalıb.
Siyasətçi paylaşımına Makronun çıxışı zamanı fit və qışqırıqların eşidildiyi qısa videonu əlavə edib. Filippo bu fraqmentin efirə getmədiyini bildirib və onun yayılmasını istəyib.