Ötən bazar bəşər tarixinin ən isti günü olub


“Bazar günü bəşər tarixində ən isti gün kimi qeyd olundu”.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Euronews” Avropanın iqlim xidməti “Copernicus”a istinadən məlumat yayıb.
“Bu, son bir neçə ildə qırılan daha bir istilik rekordudur”, - məlumatda deyilir.
Xidmətdən verilən ilkin məlumatlara görə, ötən bazar günü - iyulun 21-də orta qlobal temperatur 17,09°C olub. Bu isə keçən il iyulun 6-da qeydə alınan rekorddan 0,01°C çoxdur.

DİGƏR XƏBƏRLƏR

Top