
Rusiyanın Yamalo-Nenets Muxtar Dairəsində qaz hasilatı müəssisəsində partlayış baş verib.
Yeniavaz.com TASS-a istinadla xəbər verir ki, bu barədə “Rospan İnternational”in mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, partlayış nəticəsində 1 nəfər ölüb, 8 nəfər yaralanıb.
Qeyd olunub ki, yaralılar tibb müəssisələrinə çatdırılıb.
Baş vermiş insidentdən sonra sənaye təhlükəsizliyi tələblərinin pozulması ilə bağlı cinayət işi açılıb.
Yamalo-Nenets Muxtar Dairəsi üzrə prokurorluğun mətbuat xidməti insidentlə bağlı araşdırma başladığını elan edib.