
Beynəlxalq koalisiya qoşunlarının yerləşdiyi İraqın Ənbar vilayətindəki “Ayn əl-Əsəd” aviabazası raket atəşinə tutulub.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Shafaq News” portalı təhlükəsizlik xidmətindəki mənbəyə istinadla məlumat yayıb
Onun sözlərinə görə, ABŞ qüvvələrinin də yerləşdiyi aviabazaya ən azı iki raket atılıb.
Raketlərin növü barədə məlumat verilməyib.
Qeyd olunub ki, hüquq-mühafizə orqanlarının əməkdaşları mərmilərin atıldığı ərazini müəyyən etmək üçün əməliyyata başlayıb.
Hücumu heç bir terror təşkilatı üzərinə götürməyib.
Tətbiqimizi yükləyə bilərsiniz