
Şəki, Şamaxı, Ağsu, Qobustan, Mingəçevir, Qax, Zərdab, İsmayllı, Oğuz, Qəbələ, Qusar, Quba, Xaçmaz, Qrız, Şahdağ, Şəmkir, Daşkəsən, Şabran, Altıağac, Gəncə, Yevlax, Yardımlı, Lerik, Lənkəran, Astara, Bakıda və Abşeron yarımadasında arabir leysan xarakterli yağış yağıb, şimşək çaxıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bildirilib ki, Böyük Qafqaz ərazisindən axan Qarasuçay-Zərdab məntəqəsində suyun səviyyəsi 143 sm, Əyriçay-Ağyazıda 14 sm, Qaraçay-Rükdə 15 sm, Türyançayda 9 sm, Katexçayda 7 sm, Lənkəran-Astara bölgəsindən axan Lənkərançay-Sifidorda 16 sm, Kiçik Qafqaz ərazisindən axan Bəsitçayda 9 sm artım qeydə alınıb. Hazırda Qarasuçay-Zərdab məntəqəsindən sel keçir.
“Bölgələrdə müşahidə olunan qeyri-sabit, yağıntılı hava şəraitinin iyulun 26-sı axşamadək davam edəcəyi gözlənilir”, - məlumatda deyilir.
Tətbiqimizi yükləyə bilərsiniz