Britaniya səfiri İran XİN-ə çağırıldı


Böyük Britaniyanın Tehrandakı səfiri Saymon Şerklif Londonun Amerika sanksiyalarından yayınmaqda ittiham olunan İran vətəndaşını ABŞ hakimiyyət orqanlarına təhvil vermək qərarı ilə əlaqədar İran Xarici İşlər Nazirliyinə çağırılıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə İran XİN-in saytında dərc olunan bəyanatda bildirilib.
“Xarici İşlər Nazirliyinin Konsulluq şöbəsinin baş direktoru İran vətəndaşının qanunsuz saxlanılması və ABŞ-yə ekstradisiyası ilə əlaqədar İran İslam Respublikasının kəskin etirazını bildirib”, - bəyanatda qeyd edilib.
“İranlının saxlanılması ilə bağlı məlumatı aldıqdan sonra XİN Tehran və Londonda diplomatik kanallar vasitəsilə onun azad edilməsi üçün danışıqlara cəhd edib və onun azad edilməsi üçün səylərini davam etdirir”, - nazirlik əlavə edib.
Qeyd edək ki, iyulun 23-də ABŞ Ədliyyə Nazirliyi 53 yaşlı İran vətəndaşı Seyid Hacı Ağa Musainin iyulun 22-də İllinoys ştatının Şimal Dairəsinin federal məhkəməsində mühakimə olunduğunu açıqlayıb.
O, 2023-cü ilin yanvarında İnterpolun tələbi ilə Böyük Britaniyada saxlanılıb və ABŞ-yə ekstradisiya edilib. Musai ABŞ qanunlarının bir neçə maddəsini pozmaqda, o cümlədən ABŞ-nin ixrac məhdudiyyətlərindən yayınaraq, ABŞ-nin qabaqcıl radioölçmə texnologiyasını üçüncü ölkələr vasitəsilə İrana qaçaqmalçılıq yolu ilə keçirməkdə ittiham olunur.
İranlının günahı sübuta yetirilərsə, onu 55 il həbs cəzası gözləyir.

DİGƏR XƏBƏRLƏR

Top