
Türkiyədə bu gün prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Milli Təhlükəsizlik Şurasının (MGK) iclası keçiriləcək.
Yeniavaz.com TRT-yə istinadla xəbər verir ki, bu, 2024-cü ildəki IV belə görüş olacaq.
Bildirilib ki, iclasda terrorizmlə mübarizə, Suriya ilə normallaşma istiqamətində atılması planlaşdırılan addımlar, İsrailin Fələstin torpaqlarında törətdiyi qırğınlar, həmçinin regional və beynəlxalq təhlükəsizlik məsələləri müzakirə olunacaq.
“İclasında Rusiya-Ukrayna müharibəsi, Azərbaycan və Ermənistan arasında sülh prosesi, Kiprdəki hadisələr və Yunanıstanla münasibətlər kimi digər regional və beynəlxalq məsələlər də müzakirə olunacaq”, - məlumatda deyilir.