
Moskvada avtomobil partladan Rusiya vətəndaşı Türkiyənin Bodrum şəhərində saxlanılıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə Türkiyə Daxili İşlər Nazirliyinin rəhbəri Əli Erlikaya sosial şəbəkə hesabında məlumat yayıb.
“Bu gün saat 10:30-da (Bakı vaxtı ilə 11:30) İnterpolun Rusiya bölməsinin nümayəndələri bizim İnterpol/Avropol departamentinin qərargahına zəng edərək Rusiya vətəndaşı Yevgeni Serebryakov adlı şəxsin Moskvada avtomobildən istifadə edərək terror aktı törətdiyini bildiriblər. Terror aktı nəticəsində iki nəfər yaralanıb və Moskva. Bodrum təyyarəsi ilə ölkəmizə gələn şəxs Muğla vilayətinin polis bölmələri tərəfindən Bodrumda saxlanılıb”, - nazir bildirib.
Erlikayanın sözlərinə görə, Serebryakov Bodruma saat 09:40-da gəlib. İnterpolun beynəlxalq axtarışda olan şəxslər haqqında məlumat bazasında onun adı olmadığından onun şəxsiyyətini dərhal müəyyənləşdirmək mümkün olmayıb. Axtarışda olan şəxs haqqında məlumat daxil olduqdan sonra xüsusi xidmət orqanları vasitəsilə Rusiya ilə əlaqə yaradılıb, onun haqqında şəxsiyyəti təsdiq edən materiallar, o cümlədən foto əldə edilib. Nazir qeyd edib ki, əməliyyat nəticəsində o, saxlanılıb.
Yerlikaya ittiham olununan şəxsin Rusiyaya nə vaxt təhvil verilməsinin planlaşdırıldığını dəqiqləşdirməyib.
Tətbiqimizi yükləyə bilərsiniz