Rusiyada cəbhə xəttində hərbçilərə qadcetlərdən istifadə etmək qadağan etdi


Rusiyanın Dövlət Duması hərbi hissələrin komandirlərinə qarnizon məhkəməsinin qərarı olmadan telefondan istifadə etdiklərinə görə hərbi qulluqçuları qarovulxanaya göndərməyə imkan verən intizam tədbirləri haqqında qanun layihəsinə düzəlişlər qəbul edib.
Yeniavaz.com
xəbər verir ki, intizam tədbirləri haqqında qanun layihəsi Dövlət Dumasına hələ 2023-cü ilin fevralında müdafiə komitəsinin rəhbəri Andrey Kartapolov və deputat Andrey Krasov tərəfindən təqdim edilib.
Mart ayında sənəd birinci oxunuşda qəbul edilib və iyulun sonunda Dövlət Dumasının komitəsi tərəfindən təsdiq edilmiş düzəlişlər edilib.
Müharibə tərəfdarı olan kanallar bu təşəbbüsü qiymətləndirmədilər: onun müəllifləri səriştəsizlikdə günahlandırılıb və Dövlət Dumasının deputatları reallıqla tamamilə əlaqəsiz olduqlarına görə qınanmağa başlayıblar.
“Hərbi Xəbərçi” teleqram kanalının müəllifinin fikrincə, cəbhə xəttindəki telefonlar “nüanslar istisna olmaqla, sözün əsl mənasında həlledici rollardan birini oynayır”. Hərbi müxbir Semyon Peqovun kanalında izah edilir ki, telefonlardan əlavə, əsgərlərin həyatını xeyli asanlaşdıran bir çox digər elektron məhsullar var - məsələn, könüllülər tərəfindən təchiz edilmiş FPV dronları.

DİGƏR XƏBƏRLƏR

Top