
ABŞ Prezidenti Co Bayden çərşənbə günü prezidentlik yarışından çəkilməyi ilə bağlı çıxış edəcək.
Yeniavaz.com xəbər verir ki, bu barədə o, sosial şəbəkə hesabında məlumat yayıb.
“Sabah axşam ABŞ-nin Şərq sahili vaxtı ilə saat 20:00-da (Bakı vaxtı ilə cümə axşamı 04:00) mən Oval kabinetdən ölkəyə müraciət edərək, qarşıda nələr olacağı və Amerika xalqı naminə işimi necə başa çatdıracağım barədə danışacağam”, - Bayden yazıb.
Beləliklə, hazırkı dövlət başçısı yenidən seçilmək üçün mübarizədən imtina etdiyini açıqladıqdan sonra ilk dəfə ictimaiyyət qarşısında çıxış edəcək.
Qeyd edək ki, keçən həftənin sonundan bəri Bayden koronavirus infeksiyası səbəbindən Delaver ştatının Rehobot Biçdəki iqamətgahında özünü təcrid edir.
Tətbiqimizi yükləyə bilərsiniz