Səudiyyə Ərəbistanında 3 günlük matəm – kralın qardaşı ölüb

Səudiyyə Ərəbistanı kralı Salman bin Əbdüləziz əs-Saudun doğma qardaşlarından biri Turki bin Əbdüləziz əs-Saud dünyasını dəyişib. “Yeniavaz.az”ın TASS-a istinadən verdiyi məlumata görə, onun 85 yaşı olub. Turki bin Əbdüləziz əs-Saud bu gün səhər saatlarında uzun sürən xəstəlikdən sonra vəfat edib. Kralın fərmanı ilə ölkədə üçgünlük yas elan edilib. 1932-ci ildə anadan olmuş Turki bin Əbdüləziz əs-Saud Ər-Riyad şəhərinin meri (1957-1969-cu illər), krallığın müdafiə nazirinin müavini (1969-1983-cü illər) olub.

DİGƏR XƏBƏRLƏR

Top