
Avropa Futbol Assosiasiyaları İttifaqı ( UEFA) Ukraynanın “Dnepr-1” klubunu Konfrans Liqasının təsnifat mərhələsindən kənarlaşdırıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb.
Məlumata görə, nəticədə, “Dnepr-1” klubuna Macarıstanın “Puşkaş Akademiyası”na qarşı iki dəfə texniki məğlubiyyət verilib.
Görüşlər iyulun 25-də və avqustun 1-də baş tutmalı idi.
Digər tərəfdən, Ukrayna Premyer Liqası da (UPL) “Dnepr-1”in xahişini təmin etmək və onu çempionatdan kənarlaşdırmaq qərarına gəldiyini bildirib.
Ukrayna mətbuatı isə “Dnepr-1”in iflas ərəfəsində olduğunu yazıb.
Qeyd edək ki, “Dnepr-1” futbol klubu 2015-ci ildə yaradılıb. O, 2019/2020 mövsümündən UPL-də oynamağa başlayıb.
Liqada oynadığı bir neçə il ərzində “Dnepr-1” 2022/2023 Ukrayna çempionatının gümüş mükafatçısı olub.
“Dnepr-1” son 2023/2024 mövsümünü 29 oyundan 49 xal toplayaraq dördüncü yerdə başa vurub.
“Transfermarkt” portalı klubun dəyərini 1,2 milyon avro qiymətləndirib.
Tətbiqimizi yükləyə bilərsiniz