
İspaniya Laliqasının aparıcı komandalarında “Sevilya”nın hücumçusu Yusif Ən-Nəsiri “Fənərbağça”ya keçir.
Yeniavaz.com xəbər verir ki, bu barədə tanınmış idman jurnalisti Fabritsio Romano məlumat yayıb.
O bildirib ki, mərakeş millisininn üzvü İstanbul təmsilçisi ilə şəxsi razılıq əldə edib və klub artıq onun təyyarə biletini alıb, həmçinin tibbi yoxlanışdan keçməsi üçün lazım olan addımları atıb.
““Sevilya” mərakeşli hücumçu üçün 20 milyon avrodan çox qonorar alacaq”, - deyə jurnalist bildirib.
Qeyd edək ki, 2019/20 mövsümünün qış transfer pəncərəsi dövründə “Leqanes”dən ayrılaraq “Sevilya”ya keçən Yusif Ən-Nəsiri “qırmızı-ağlar”ın heyətində 196 matçda 73 qol vurub, 7 məhsuldar ötürmə edib.
Tətbiqimizi yükləyə bilərsiniz