Cavid Muxtar oğlu Kəngərli Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəisi təyin edilib.
Yeniavaz.com xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin müavini Anar İbrahimov Sərəncama imzalayıb.
Qeyd edək ki, Cavid Kəngərli bundan əvvəl Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində müxtəlif vəzifələrdə çalışıb, müvafiq vəzifəyə təyinatadək isə Dövlət Vergi Xidmətinin 9 saylı Ərazi Vergilər İdarəsinin rəisi olub.