Rada qanun layihələrini dəstəklədi – Yenilənib


Ali Rada Ukraynada hərbi vəziyyətin və ümumi səfərbərliyin daha 90 gün uzadılmasını nəzərdə tutan qanun layihələrini dəstəkləyib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Ukrayna parlamentinin üzvü Yelena Şulyak teleqram kanalında məlumat yayıb.
Bildirilir ki, qanun layihələri avqustun 12-dən noyabrın 9-dək qüvvədə olacaq.
Qeyd edək ki, Ukraynada hərbi vəziyyət və ümumi səfərbərlik 24 fevral 2022-ci ildə tətbiq edilib və o vaxtdan bəri bir neçə dəfə uzadılıb.

***13:57
Ukrayna Prezidenti Volodimir Zelenski Ali Radaya ölkədə hərbi vəziyyətin və səfərbərliyin uzadılması haqqında qanun layihələri təqdim edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Strana.ua” portalı məlumat yayıb.
Məlumata görə, hazırda hərbi vəziyyət 2024-cü il avqustun 11-dək qüvvədədir.
Radanın deputatı Yaroslav Jeleznyak bildirib ki, hərbi vəziyyətin 90 gün - 2024-cü il noyabrın 9-dək uzadılacağı gözlənilir.
Qeyd edək ki, 2024-cü il aprelin 16-da Zelenski səfərbərlik haqqında yeni qanun imzalayıb. Qanuna görə, hərbi xidmətə cəlb olunanların hərbi komissarlıqda məlumatlarını yeniləməsi və hərbi bileti gəzdirməsi məcburi olub.
Xatırladaq ki, Ukraynada hərbi vəziyyət və ümumi səfərbərlik ilk dəfə 2022-ci ilin fevralında, Rusiya bu ölkəyə hücum etdikdən sonra tətbiq edilib və bir neçə dəfə uzadılıb.

DİGƏR XƏBƏRLƏR

Top