
“ABŞ Prezidenti Co Bayden yarışı tərk etdikdən sonra respublikaçılara ona qarşı seçki kampaniyasına xərclədikləri vəsaiti kompensasiya etməlidir”.
Yeniavaz.com xəbər verir ki, bu fikirləri ABŞ-nin keçmiş prezidenti, hazırki namizəd Donald Tramp sosial şəbəkə hesabında yazıb.
“Beləliklə, biz fırıldaqçı Co Baydenlə mübarizə aparmaq üçün vaxt və pul sərf edək, o isə fəlakətli debatdan sonra pis reytinqləri görüb yarışı tərk etsin. İndi biz hər şeyi yenidən başlamalıyıq. Respublikaçılar saxtakarlığa görə kompensasiya almalı deyilmi? Çünki onun həkimləri və saxta xəbər mediası da daxil olmaqla, Conun ətrafındakı hər kəs bilirdi ki, o, namizədliyini irəli sürmək və ya prezident olmaq iqtidarında deyil”, - Tramp yazıb.
Tətbiqimizi yükləyə bilərsiniz