
“Qəzza zolağında humanitar fəlakət görünməmiş həddə çatıb”.
Yeniavaz.com xəbər verir ki, bu barədə Aİ-nin xarici siyasət xidmətinin rəhbəri Cozep Borrel Aİ xarici işlər nazirlərinin görüşünə gələrkən jurnalistlərə bildirib.
“Qəzzada misli görünməmiş nisbətdə texnogen humanitar fəlakət görürük. 70 min uşaq yetim qalıb, 40 mindən çox insan ölüb. Qəzzanın yenidən qurulması zamanı yalnız dağıntıları təmizləmək 10 il çəkəcək”, - Borrel deyib.