
“Fələstin əsilli amerikalı model Bella Hadid onun iştirakı ilə retro idman ayaqqabılarının reklam kampaniyasını ləğv edən “Adidas”ı məhkəməyə verəcək”.
Yeniavaz.com xəbər verir ki, bu barədə TMZ məlumat yayıb.
Yeni ayaqqabı “Adidas”ın ilk dəfə 1972-ci ildə Münhendə keçirilən Olimpiya Oyunlarında təqdim etdiyi idman ayaqqabısının dizaynına işarədir.
Bella Hadid iyulun ortalarında “Adidas Originals”ın “SL Super Light 72” idman ayaqqabısı kampaniyasının siması olub. Bir çox sosial media istifadəçisi 1972-ci il Olimpiadasında fələstindən olan “Qara Sentyabr” qruplaşmasının İsrail nümayəndə heyətinin 11 üzvünü və bir yerli polisi öldürdüyünü yada salaraq, bu seçimin mübahisəli göründüyünü bildirib.
İsrailin Xarici İşlər Nazirliyi tərəfindən idarə olunan sosial media hesabında bu barədə paylaşım edilib:
“Tapın “Adidas” kampaniyasının siması kimdir? Antisemitizmi yayan, israillilərə və yəhudilərə qarşı zorakılığa çağıran yarı Fələstinli model Bella Hadid”.
“Adidas” reklam kampaniyasına “yenidən baxacağına” söz verərək üzr istəyib:
“Biz başa düşürük ki, kampaniya faciəli tarixi hadisələrlə bağlı idi, baxmayaraq ki, bu, bizim niyyətimiz deyildi”.
“Adidas”ın rəsmi resurslarından “SL Super Light 72”də olan Bella Hadidin bütün şəkilləri itib.
Qərar etirazlara səbəb olub. Bəzi sosial şəbəkə istifadəçiləri “Adidas”ı boykot etməyə çağırıblar. “TMZ” mənbələrinə görə, Bella Hadid şirkətə qarşı iddia qaldırmaq üçün artıq vəkilləri ilə işə başlayıb.