Azərbaycana e-viza alan əcnəbilər üçün tələblərdən biri ləğv olundu


Prezident İlham Əliyev “ASAN Viza” sistemi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə Fərman imzalayıb.
Yeniavaz.com
xəbər verir ki, fərmanla əcnəbilərin “ASAN Viza” sistemi vasitəsi ilə elektron viza alması üçün tələb olunan məlumatların siyahısında dəyişiklik edilib.
Belə ki, əsasnamənin 7.4.14-cü yarımbəndi (Ermənistan Respublikası tərəfindən işğal edilən Azərbaycan Respublikasının Dağlıq Qarabağ və digər bölgələrinə 1991-ci ildən sonra səfər edib-etməməsi barədə məlumat) ləğv edilib.
Nazirlər Kabinetinə bu Fərmandan irəli gələn məsələləri həll etmək tapşırılıb.

DİGƏR XƏBƏRLƏR

Top