
Avropa İttifaqı (Aİ) Şurası Rusiyaya qarşı bütün sanksiyaların müddətini daha altı ay, 2025-ci il yanvarın 31-dək uzadıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə Aİ Şurasının yaydığı bəyanatda qeyd olunub.
Bildirilib ki, qərar 2014-cü ildən bəri qəbul edilmiş bütün sanksiyalara şamil edilir və ildə iki dəfə avtomatik olaraq qəbul olunur.
Qeyd edək ki, ümumilikdə Aİ Rusiyanın 685 hüquqi, 1 558 fiziki şəxsinə qarşı sanksiya tətbiq edib.