
Əfsanəvi “The Beatles” qrupunun üzvü Con Lennonun 1968-ci ildə “Abbey Road” studiyasına baş çəkən naməlum şəxsə hədiyyə etdiyi mavi rəngli dəyirmi eynək hərraca çıxarılacaq.
Yeniavaz.com “PA Media”ya istinadla xəbər verir ki, eynək “Catherine Southon Auctioneers & Valuers” auksion şirkəti tərəfindən hərraca çıxarılacaq.
Eynəyin ilkin qiyməti 2000 funt sterlinqlə 3000 funt sterlinq arasında olacaq.
Hazırda bu eynəyin kimə məxsus olduğu məlum deyil.
Eynək “Abbey Road”da 1968 və 1969-cu illərdə çəkilmiş 33 qara-ağ fotoşəkildən ibarət kolleksiya ilə birlikdə təqdim ediləcək.
Əşyalar iyulun 31-də İngiltərənin Surrey şəhərindəki “Farleigh” Qolf Klubunda hərraca çıxarılacaq.