“Onu Şuşadakı iclasda iştirak etdiyinə görə tənqid etdilər” – Ərdoğan


“Ötən həftənin çərşənbə günü Macarıstanın Baş naziri Viktor Orban qonağımız oldu. Görüşümüzdən sonra o, Trampla nahar edəcəyini bildirdi. Bu vaxt həm də NATO sammiti davam edirdi. Növbəti gün Viktor Orbanı tənqid etməyə başladılar”.
Yeniavaz.com
“Anadolu” agentliyinə istinadla xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Şimali Kiprdən qayıdarkən təyyarədə jurnalistlərə açıqlaması zamanı deyib.
“Cənab Orban, bildiyiniz kimi, Moskvaya getdi və onu tənqid etdilər. Çinə getdi, yenə şəkildə tənqid etdilər. Sonra Şuşadakı iclasda iştirak etdi, tənqid etdilər. İndi də Macarıstanı Aİ sədrliyindən uzaqlaşdırmağı planlaşıdırırla. İndi bizə düşən səbir etməkdir. İnşallah, yeri gələndə bu səbrlə lazım olanı edəcəyik. Mən cənab Trampla ona qarşı edilən sui-qəsd cəhdi barədə danışdı. Onu bu xain cəhdə baxmayaraq demokratiyanın tərəfində durduğuna görə təbrik etdim. Biz demokratiyanın tərəfindəyik və ölkələrin gələcəyini həll edən insanların azad iradəsinin tərəfdarıyıq”.
Xatırladaq ki, iyulun 5-də Orban Moskvaya səfər edib və orada Rusiya Prezidenti Vladimir Putinlə görüşüb, Ukraynadakı münaqişənin həllinin mümkün yollarını və sülh danışıqlarının başlanmasını müzakirə edib. Orban həmin gün Türk Dövlətləri Təşkilatının (TDT) dövlət başçılarının Şuşada keçiriləcək qeyri-rəsmi Zirvə görüşündə iştirak etmək məqsədilə Azərbaycana səfərə gəlib. Daha sonra Baş nazir Pekinə səfər edib və orada Çin Xalq Respublikasının sədri Si Cinpinlə görüşüb. Rusiyaya səfərindən əvvəl Orban iyulun 2-də Kiyevdə bu ölkənin Prezidenti Volodimir Zelenski ilə Ukraynadakı münaqişənin həllini müzakirə edib.
V. Orban səfərləri Aİ-dən xəbərsiz həyata keçirdiyi üçün bu müzakirələrə səbəb olub. “EUobserver” portalı avropalı bir neçə diplomata istinadən Macarıstanın Aİ Şurasına sədrliyinin ləğv edilə biləcəyini yazıb.

DİGƏR XƏBƏRLƏR

Top