
Ermənistanın Qafan mis-molibden zavodunun ərazisində partlayış baş verib.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Sputnik Ermənistan” mənbələrə istinadən məlumat yayıb.
Bildirilir ki, hadisə nəticəsində gözətçi ölüb:
“Gözətçinin meyiti Müdafiə Nazirliyinin poliqonunun yanında yerləşən zavodun ərazisində tapılıb, lakin bura müdafiə idarəsinin ərazisi deyil”, - mənbə bildirib.
Ermənistan Daxili İşlər Nazirliyinin məlumatına görə, ölən şəxsin 64 yaşlı olub.