“Ermənistanla normallaşma prosesində irəliləyiş baş verir” – Prezident


“Sülh sazişinə gəldikdə, mənə xarici işlər naziri tərəfindən verilən məlumata görə, mətnin 80-90 faizi razılaşdırılıb”.
Yeniavaz.com
xəbər verir ki, bunu Prezident İlham Əliyev “Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə” mövzusunda 2-ci Şuşa Qlobal Media Forumunda çıxışında səsləndirib.
Ölkə başçısı bildirib ki, Ermənistanla normallaşma prosesində irəliləyiş baş verir:
“Ermənistan həmin o müddəanı və terminologiyanı (Qarabağla bağlı – red.) oradan götürməyə razı oldu və beləliklə, normallaşma prosesində irəliləyiş baş verir. Amma burada hazırda iki məsələ açıq qalır. Onlardan biri odur ki, Ermənistan bizim təkliflərə müsbət cavab verməlidir. İkincisi, həm Ermənistan, həm Azərbaycan birgə ATƏT-ə müraciət etsin ki, Minsk qrupu ləğv edilsin. Çünki bu qrup artıq uzun müddətdir fəaliyyətsizdir”.

DİGƏR XƏBƏRLƏR

Top