
Ukrayna Prezidenti Volodimir Zelenski və ABŞ prezidentliyinə namizəd Donald Tramp görüşmək barədə razılığa gəliblər.
Yeniavaz.com verir ki, bu barədə Zelenskinin mətbuat katibi Sergey Nikiforov telemarafonda məlumat verib.
Məlumata görə, lakin görüşün tarixi, vaxtı və formatı hələlik məlum deyil.
O qeyd edib ki, Zelenski ilə Trampın görüşü üçün “prinsipcə razılaşma” qeydə alınıb.
“Biz bu görüşün baş tuta biləcəyi müəyyən vaxtları müzakirə etdik, lakin indidən danışmaq tezdir. Bununla bağlı komandalar işləyəcək və mümkün qrafikləri və təfərrüatları koordinasiya edəcək”, - deyə mətbuat katibi bildirib.
ABŞ prezidentliyinə namizədin Ukraynaya gələ biləcəyi ilə bağlı suala Nikiforov belə cavab verib: “Həqiqətən də, bu görüşün nə vaxt və harada baş verməsi müzakirə olunub, lakin təfərrüatlar barədə danışmaq çox tezdir”.
Qeyd edək ki, Ukrayna Prezidenti Volodimir Zelenski öz “Telegram” kanalında şəxsi görüş barədə razılığa gəldikləri barədə məlumat yayıb.
“Biz prezident Trampla şəxsi görüş zamanı hansı addımların dünyanı daha ədalətli və davamlı edə biləcəyini müzakirə etmək barədə razılığa gəldik”, - deyə Zelenski “Telegram” kanalında bildirib.
Tətbiqimizi yükləyə bilərsiniz