
Ötən gecə Ermənistanın Kotayk vilayətində əcnəbi şəxs polis bölməsində avtomat silahından atəş açıb.
Yeniavaz.com “Sputnik Ermənistan”a istinadla xəbər verir ki, bu barədə polisin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, nəticədə hüquq-mühafizə orqanlarının iki əməkdaşı yaralanıb.
Belə ki, həmin şəxs daxil olan siqnal əsasında polis bölməsinə aparılıb. Polis bölməsində o, əməkdaşların birindən avtomat silahı götürərək, özünə atəş açmağa cəhd edib. Nəticədə, həm özü, həm də iki polis əməkdaşı güllə yarası alıb.
Hazırda faktla bağlı araşdırma aparılır.
“Sputnik Ermənistan” xəbər verir ki, atəş açan şəxs İraq vətəndaşıdır.