“La Liqa”da ən çox maaşı hansı futbolçular alacaq? – Mbappe üçüncüdür


İspaniya “La Liqa”sının 2024/2025-ci illər mövsümündə ən yüksək maaş alacaq futbolçuları məlum olub.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Capology” portalı məlumat yayıb. 
Məlumata görə, reytinqə “Barselona”nın niderlandlı yarımmüdafiəçisi Frenki de Yonq başçılıq edir. Onun yeni mövsümdə illik qazancı vergilər istisna olmaqla 37,5 milyon avro olacaq.
İkinci yerdə “Barselona”nın polşalı hücumçusu Robert Levandovski qərarlaşıb. Onun yeni mövsümdə illik gəliri vergilər istisna olmaqla 33,3 milyon avro təşkil edəcək.
“Real Madrid”in yeni futbolçusu, Fransa millisinin 25 yaşlı hücumçusu Kilian Mbappe isə “La Liqa”da ən çox maaş alan futbolçular siyahısında üçüncü olub. Belə ki, o, 31,3 milyon avro ilə (vergilər istisna olmaqla) ilk üçlüyü tamamlayıb.
İlk onluqda “Barselona”ın daha bir (İlkay Gündoğan – 18,8 milyon avro), “Real Madrid”in isə daha beş futbolçusu var (Devid Alaba – 22,5 milyon avro, Cud Bellinqem – 20,8 milyon avro, Vinisius Junior – 20,8 milyon avro, Federiko Valverde - 16,7 milyon avro və Tibo Kurtua – 15 milyon avro).
“La Liqa”da ilk onluğa daxil olan digər komandanın təmsilçisi isə “Atletiko Madrid”dən Yan Oblakdır (20,8 milyon avro).

DİGƏR XƏBƏRLƏR

Top