
Ötən il Azərbaycanda ətraf mühitin mühafizəsinə çəkilən xərclər əvvəlki illə müqayisədə 2,9 dəfə artaraq 677,4 milyon manat təşkil edib.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, bu, ümumi daxili məhsulun (ÜDM) 0,6%-inə bərabər olub.
Bildirilir ki, xərclənən vəsaitin 595 milyon manatı ətraf mühitin mühafizəsinə və təbii sərvətlərdən səmərəli istifadə üzrə əsas kapitala yönəldilib, 56,3 milyon manatı ətraf mühitin mühafizəsinə çəkilən cari xərclərdən ibarət olub, 26,1 milyon manatı isə meşə, qoruq və milli parkların saxlanmasına, vəhşi heyvanların, balıqların mühafizəsinə və çoxaldılmasına xərclənib.
Elnur Əli
Tətbiqimizi yükləyə bilərsiniz