Kanadada ilk dəfə qadın ölkə silahlı qüvvələrinin komandanı oldu


General Cenni Karinyan cümə axşamı Kanadanın Müdafiə Qərargahının rəisi vəzifəsinin icrasına başlayıb.
Yeniavaz.com
xəbər verir ki, bununla da o, ölkənin silahlı qüvvələrinə komandanlıq edən ilk qadın olub.
Hərbi mühəndis kimi təhsil alan Karinyan 35 il Kanada ordusunda Əfqanıstan, Bosniya və Herseqovina, İraq və Suriyadakı qoşunlara komandanlıq edib.
“Ukrayna və Yaxın Şərqdəki münaqişələr, dünyanın başqa yerlərində artan gərginlik, iqlim dəyişikliyi, ölkə daxilində və xaricdə kadrlarımıza artan tələblər, demokratik dəyərlərimizə və institutlarımıza qarşı təhdidlər həll etməli olduğumuz mürəkkəb problemlərdən yalnız bir neçəsidir”, - deyə Karinyan Ottava Müharibə Muzeyində çıxışı zamanı bildirib.
Karinyan 2021-ci ildən bəri ordunun ali hərbi komandanlıq vəzifəsini icra edən general Ueyn Eyri əvəz edəcək.

DİGƏR XƏBƏRLƏR

Top