
Təl-Əvivin mərkəzində partlayış baş verib.
Yeniavaz.com xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin (IDF) mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, partlayışa səbəb hava hədəfinin düşməsi olub və həyəcan siqnalı işə düşməyib.
“İlkin araşdırmalar göstərib ki, Təl-Əvivdə partlayış havadan hədəfin düşməsi və sirenlərin işə salınmaması nəticəsində baş verib. Hadisə hərtərəfli araşdırılır. Hazırda İsrail təhlükəsizlik qüvvələri hadisə yerindədir. İsrail Hərbi Hava Qüvvələri hava məkanını qoruyan patrulları artırıb”, - IDF-nin bəyanatında deyilir.
“The Jerusalem Post” qəzeti partlayış nəticəsində bir nəfərin öldüyünü bildirib. “Maariv” qəzetinin məlumatına görə, daha 7 nəfər yaralanıb və yüngül xəsarətlərlə xəstəxanaya aparılıb.
Tətbiqimizi yükləyə bilərsiniz