
Çilidə 7,3 bal gücündə zəlzələ qeydə alınıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Bildirilib ki, yeraltı təkanların episentri 2 minə yaxın insanın yaşadığı San Pedro de Atakama kəndindən 43 km cənub-şərqdə, 128 km dərinlikdə yerləşib.
Ölkə prezidenti Qabriel Boriç bildirib ki, hakimiyyət orqanlarında hələ də itkilər və dağıntılar barədə məlumat yoxdur.
“Mən regionla əlaqə saxladım və hazırda tələfat və ya böyük dağıntılar barədə məlumat yoxdur, lakin ekspertlər məlumat toplamaqda davam edirlər”, - deyə o, “X” hesabında yazıb.
O qeyd edib ki, regionda magistral yollarda ayrı-ayrı qayaların çökməsi halları qeydə alınıb.
Bundan əlavə, San-Pedro de Atakama kəndində elektrik enerjisinin kəsildiyi bildirilir.
Tətbiqimizi yükləyə bilərsiniz