“HƏMAS komandiri məhv edildi” – İsrail ordusu


“İsrail Hərbi Hava Qüvvələrinə məxsus təyyarə Livanın şərqindəki Bekaa vadisində Fələstinin radikal HƏMAS hərəkatının səhra komandirlərindən biri Məhəmməd Cabaranı hava zərbəsi ilə məhv edib”.
Yeniavaz.com
xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, Cabara Livan ərazisindən terror hücumları və İsrailə qarşı raket zərbələri, o cümlədən “Əl-Cəmaə əl-İslamiyyə” terror təşkilatı ilə əlaqələndirilmiş hücumlar üçün məsuliyyət daşıyıb.
Ordu qeyd edib ki, bu radikalın öldürülməsi HƏMAS təşkilatının İsrail dövlətinə qarşı şimal sərhədi ərazisində hücumlar planlaşdırmaq və həyata keçirmək imkanlarını azaldır.

DİGƏR XƏBƏRLƏR

Top