“Zirə” növbəti mərhələyə keçə bilmədi – Yenilənib


Avropa Liqasında 1-ci təsnifat mərhələsinin cavab oyunları keçirilir.
Yeniavaz.com
xəbər verir ki, Azərbaycan təmsilçisi “Zirə” Moldova klubu olan “Şerif”lə Bakıda qarşılaşır.
Matç “Dalğa Arena”da keçirilir.
Qeyd edək ki, komandalar arasındakı ilk görüş “Zirə”nin 1:0 hesablı qələbəsi ilə başa çatıb.

***
Birinci hissə başa çatdı. Rafael İtsiq 5-ci dəqiqədə fərqləndi, 1:0.

***
İkinci hissə başladı.

***
“Şerif” 54-cü dəqiqədə hesabı bərabərləşdirdi. Allaş fərləqləndi, 1:1.

***
77-ci dəqiqədə Papa Ndiaqa Yade fərqlənir, 1:2.

***
İkinci hissə başa çatır. İki oyunun nəticəsi bərabər olduğundan qalib penaltilər seriyasında müəyyənləşəcək.

***
“Şerif” penaltilər seriyasında 5:4 hesabı ilə qalib gədib. “Zirə” Avropa Liqasında mübarizəni dayandırıb.

DİGƏR XƏBƏRLƏR

Top