“İran nüvə sazişini yeniləmək niyyətindədir” – İran XİN


“Tehran İranın nüvə proqramına dair Birgə Hərtərəfli Fəaliyyət Planının (JCPOA) tərəfi olaraq qalır və onun yenilənməsinə cəhd etmək niyyətindədir”.
Yeniavaz.com
xəbər verir ki, bunu CNN telekanalına müsahibəsində İslam Respublikasının xarici işlər naziri vəzifəsini icra edən Əli Baqiri Kani deyib.
“Bizim 2015-ci ildə bağlanmış müqaviləmiz var. Birləşmiş Ştatlar ondan çıxıb. Bunun nəticəsində razılaşmalara ziyan dəyib. Biz hələ də JCPOA-da iştirak edirik. Birləşmiş Ştatlar hələ də JCPOA-ya qayıda bilməyib, ona görə də bizim həyata keçirdiyimiz məqsəd 2015-ci il sənədini yeniləməkdir. Biz yeni sazişə can atmırıq”, - Kani bildirib.

DİGƏR XƏBƏRLƏR

Top