Finlandiya Rusiya ilə sərhədi açmaq niyyətində deyil


“Finlandiya hələlik Rusiya Federasiyası ilə sərhədi açmağı planlaşdırmır”.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Finlandiyanın “Yle” ictimai yayımı respublikanın daxili işlər naziri Mari Rantanenə istinadən məlumat yayıb.
Bildirilir ki, Rusiya Federasiyası ilə sərhədin açılması məsələsi hələlik aktual deyil. Rantanen bildirib ki, Finlandiya sərhəd orqanları vəziyyəti sabit hesab etdikdə hökumət bunu yenidən araşdıracaq.
Nazir həmçinin hesab edir ki, əvvəllər qəbul edilmiş qaçqınların qovulması haqqında qanun Rusiya ilə Finlandiya arasında açıq sərhədlə eyni vaxtda ölkədə qüvvədə ola bilər.

DİGƏR XƏBƏRLƏR

Top