Magistraturaya qəbul olunanların qeydiyyat müddəti uzadıldı


Magistratura səviyyəsinə qəbul olunanların qeydiyyat müddəti uzadılıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzindən məlumat verilib.
Məlumata görə, magistraturaya qəbul olmuş şəxslər 22 iyul saat 18:00‑dək elektron qaydada qeydiyyatdan keçməlidirlər:
“Bunun üçün bakalavrlar göstərilən vaxtadək https://portal.edu.az/ platformasında qeydiyyatdan keçməli və təqdim edilən xidmətlər sırasında “Ali və orta ixtisas təhsili müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçməlidirlər. Açılan səhifədə şəxsi və qəbul məlumatlarının təsdiq edilməsi, həmçinin tələb olunan sənədlərin əlavə edilməsi mümkündür. Qeydiyyatdan keçməyən bakalavrlar ali təhsil müəssisələrinə qəbul olunanların siyahısından xaric ediləcəklər”, - məlumatda bildirilib.
Qeyd edək ki, bakalavrların qeydiyyat prosesinə iyulun 9-dan etibarən başlanılıb.

DİGƏR XƏBƏRLƏR

Top