
“Qarabağ” futbol klubu sabiq qapıçısı Şahruddin Məhəmmədəliyevi yenidən heyətinə qatıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə klubun rəsmi sosial media hesabında məlumat dərc olunub.
“Komandamız qapıçı Şahruddin Məhəmmədəliyevi heyətinə cəlb edib. Klubumuzla 30 yaşlı qapıçı arasında bir illik müqavilə imzalanıb. Ötən mövsümdə Türkiyənin “Adana Demirspor” klubunun formasını geyinən futbolçumuz 2025-ci ilin yayına qədər komandamızda çıxış edəcək.
Məhəmmədəliyev 2016-23-cü illərdə komandamızın formasını geyinib. O, 2023-cü ilin yayında “Qarabağ”dan Türkiyə klubuna transfer edilib. Şahruddin komandamızda 7 dəfə Azərbaycan çempionu olub, 3 dəfə ölkə kubokunu qazanıb. O, Azərbaycan milli komandasında 29 oyun keçirib”, - klubun yaydığı məlumatda deyilir.
Tətbiqimizi yükləyə bilərsiniz