Litva sabahdan Belarus nömrəli minik avtomobillərinin girişinə icazə verməyəcək


İyulun 18-dən Litva sərhədçiləri Belarus dövlət nömrə nişanlı avtomobilləri Litvaya buraxmayacaqlar.
Yeniavaz.com
xəbər verir ki, bu barədə respublikanın gömrük idarəsi məlumat yayıb.
“Belarus dövlət nömrə nişanlı avtomobillərin Aİ ərazisinə, o cümlədən Litvaya girişinə qadağa qoyulması haqqında qərar Aİ tərəfindən müəyyən edilmiş qaydalara uyğun olaraq qəbul edilib. Qərar iyulun 18-i saat 00:00-da qüvvəyə minəcək”, - məlumatda deyilir.
Baltikyanı respublikanın ərazisində yerləşən belə qeydiyyatı olan avtomobillər altı ay ərzində, yəni yanvarın 18-dək Litvanı tərk etməli olacaqlar.
Qeyd edək ki, mart ayında eyni tədbir Litva hakimiyyət orqanları tərəfindən Rusiya qeydiyyat nömrəli avtomobillərə də tətbiq edilib.

DİGƏR XƏBƏRLƏR

Top