
ABŞ-nin keçmiş prezidenti Donald Tramp Ağ Evə qayıdandan sonra Rusiyaya qarşı sanksiyaları yumşaltmağı düşündüyünü bildirib.
Yeniavaz.com xəbər verir ki, bu barədə Tramp “Bloomberg”ə müsahibəsində deyib.
“Bəli. Sanksiyalarla biz ancaq hamını özümüzdən uzaqlaşdırırıq. Ona görə də sanksiyaları sevmirəm”, - Tramp Ukraynadakı münaqişəyə son qoymaq üçün razılaşmanın bir hissəsi kimi Rusiyaya qarşı sanksiyaları yumşaltmaq və ya ləğv etmək barədə düşünüb-düşünmədiyini soruşduqda deyib.
“Rusiya Prezidenti Vladimir Putinlə mən çox yaxşı anlaşırdıq. Bizi heç vaxt müharibə gözləməyib", - Tramp əlavə edib.
Hazırki namizəd qeyd edib ki, əgər o, Ağ Evdə olsaydı, Ukraynada münaqişə heç vaxt başlamazdı.
Tətbiqimizi yükləyə bilərsiniz