Daha 95 əsir Ukraynaya qaytarıldı – BƏƏ vasitəçilik etdi


Ukrayna və Rusiya bu gün, 17 İyulda yeni əsir mübadiləsi həyata keçirib.
Yeniavaz.com
UNIAN-a istinadla xəbər verir ki, 95 ukrayna hərbçisi Rusiya əsirliyin vətənə qayıdıb.
“Biz xalqımızın nümayəndələrini vətənə qaytarmağa davam edirik. Daha 95 hərbçi, Ukrayna Silahlı Qüvvələrinin, Milli Qvardiyanın əsgərləri, sərhədçilər vətənə qayıdıb”, - deyə prezident Volodimir Zelenski öz “Telegram” kanalında yazıb.
O, bu mübadilədə vasitəçiliyə görə Birləşmiş Ərəb Əmirliklərinə təşəkkür edib.
“Mən mübadilə ilə məşğul olan komandamıza və bu azadlığa vasitəçilik etdiyinə görə Birləşmiş Ərəb Əmirliklərinə minnətdaram, biz əsirlikdə olan hər kəsi azad etməyə çalışırıq”, - deyə Zelenski qeyd edib.

DİGƏR XƏBƏRLƏR

Top