İsa Qəmbər deputatlığa namizədliyini verməyəcək


Müsavat Partiyasının başqanı İsa Qəmbər sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkilərində iştirak etməyəcək.
Yeniavaz.com
xəbər verir ki, bu barədə APA-ya İsa Qəmbər özü məlumat verib.
 O bildirib ki, Müsavat Partiyası növbədənkənar parlament seçkilərində iştirak üçün namizədlərin irəli sürülməsini, əsasən, yekunlaşdırıb:
“Artıq 34 namizədimiz var. Mən bu dəfə namizədliyimi irəli sürməyəcəyəm, Müsavat Partiyasının seçkilərdə iştirakına ümumi rəhbərlik edəcəyəm və namizədlərimizə dəstək verəcəm”.

DİGƏR XƏBƏRLƏR

Top