Aİ Rusiyaya qarşı sanksiyaları daha altı ay uzadır


Avropa İttifaqı (Aİ) ölkələrinin Daimi Nümayəndələr Komitəsi 2014-cü ildə ittifaqın Rusiyaya qarşı tətbiq etdiyi iqtisadi sanksiyaların 2025-ci ilin yanvar ayının sonuna qədər daha altı ay uzadılması barədə razılığa gəlib.
Yeniavaz.com
TASS-a istinadla xəbər verir ki, bu barədə Aİ-dəki diplomatik mənbə bildirib.
“Aİ səfirləri ittifaqın Rusiyaya qarşı yeni iqtisadi sanksiyalarının altı ay müddətinə uzadılması ilə bağlı razılığa gəliblər”, - mənbə qeyd edib.
Məlumata görə, bu qərar rəsmi olaraq iyulun 22-də Aİ xarici işlər nazirlərinin görüşündə təsdiqlənəcək.

DİGƏR XƏBƏRLƏR

Top