Çin ABŞ ilə silahlara nəzarət üzrə məsləhətləşmələri dayandırdı


Çin ABŞ-nin Tayvana silah satışı ilə əlaqədar ABŞ ilə silahlanmaya və silahların yayılmamasına nəzarət üzrə məsləhətləşmələri dayandırıb.
Yeniavaz.com
“China News” agentliyinə istinadla xəbər verir ki, bunu Çin Xalq Respublikasının Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Lin Tszyan brifinq zamanı deyib.
“Çinin kəskin etirazlarına və təkrarlanan təqdimatlarına baxmayaraq, ABŞ tərəfi Çinin əsas maraqlarını ciddi şəkildə pozan və ikitərəfli siyasi qarşılıqlı etimada zərbə vuran bir sıra addımlar ataraq, Tayvana silah satmaqda davam edir”, - Lin Tszyan bildirib.
Bununla əlaqədar olaraq, Xarici İşlər Nazirliyinin sözçüsü vurğulayıb ki, Pekin Vaşinqtonla silahlara nəzarət üzrə məsləhətləşmələrin yeni raundunu dayandırmaq qərarına gəlib.
Çin diplomatı əlavə edib ki, mövcud vəziyyətə görə məsuliyyət Amerika tərəfinin üzərinə düşür.

DİGƏR XƏBƏRLƏR

Top