
Braziliya millisinin və Səudiyyə Ərəbistanının “Əl-Hilal” komandasının 32 yaşlı hücumçusu Neymar ötən ilin oktyabrında aldığı zədədən sonra fərdi məşqlərə başlayıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Əl-Hilal”ın mətbuat xidməti məlumat yayıb.
Mətbuat xidməti forvardla bağlı video və fotoşəkilləri dərc edərək, “Neymar geri döndü” yazıb.
Qeyd edək ki, Neymar ötən yay “Əl-Hilal”a keçib və burada 5 matçda iştirak edib, 1 qol və 3 məhsuldar ötürmə edib.