
Futbol üzrə İspaniya milli komandasının hücumçusu Lamin Yamalın qolu son Avropa çempionatının ən yaxşı qolu seçilib.
Yeniavaz.com xəbər verir ki, müvafiq reytinq Avropa Futbol Assosiasiyaları İttifaqının (UEFA) saytında yerləşdirilib.
Yamalın qolu komandasının qələbəsi (2:1) ilə başa çatan yarımfinal matçında İspaniya yığmasına Fransa yığması ilə hesabı bərabərləşdirməyə imkan verib.
Onun cərimə meydançasının kənarından vurduğu top dirəyə dəyib, daha sonra qapıya girib.
Yamal həmçinin Avropa çempionatında Fransa komandasına qarşı oyunda qol vuran ən gənc oyunçu olub (16 yaş 362 gün).
Goal of the semi-finals ✅
— UEFA EURO 2024 (@EURO2024) July 14, 2024
Lamine Yamal's incredible strike wins it! 😮💨👏#EUROGOTT | @AlipayPlus pic.twitter.com/BMzFOgLEkG
Son Avropa çempionatının ilk üç qoluna ingilis yarımmüdafiəçisi Cud Bellinqemin Slovakiya yığması ilə 1/8 final oyununda vurduğu qol da daxil edilib. Bellinqemin təsirli zərbəsi ingilislərə oyunu əlavə vaxta göndərməyə imkan verib. O, ikinci hissənin əlavə vaxtında hesabı bərabərləşdirib.
Turnirin üçüncü ən yaxşı qolunu qrup mərhələsinin 2-ci turunda isveçrəli futbolçu Cerdan Şakirinin şotlandların qapısına vurduğu dəqiq zərbə (1:1) müəyyən edib.
Reytinq UEFA-nın texniki müşahidəçiləri tərəfindən tərtib edilib. Siyahıya ümumilikdə 10 qol daxil edilib.
Qeyd edək ki, iyunun 14-dən iyulun 14-dək Almaniyada Avropa çempionatı keçirilib. Turnirin qalibi finalda İngiltərə komandasına qalib gələn (2:1) İspaniya komandası olub.
Tətbiqimizi yükləyə bilərsiniz