Orban Mişelə məktub yazdı, Rusiya ilə əlaqələrin bərpasına çağırdı – KİV


Macarıstanın Baş naziri Viktor Orban Avropa İttifaqı Şurasının rəhbəri Çarlz Mişelə yazdığı məktubda Ukraynadakı münaqişənin həlli üçün Rusiya ilə diplomatik münasibətlərin bərpasına və Çinlə sülh konfransının keçirilməsinə dair danışıqlara çağırıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Bild” qəzeti Orbanın Mişelə yazdığı məktuba istinadən yazır.
“Aşağıda siz mənim Ukrayna, Rusiya, Çin, Türkiyə liderləri və ABŞ-nin keçmiş prezidenti Donald Trampla apardığım son müzakirələrimin qısa qiymətləndirilməsini, habelə nəzərdən keçirəcəyiniz bəzi təklifləri tapa bilərsiniz”, – qəzet Macarıstanın Baş nazirinin məktubundan sitat gətirir.
Bildirilir ki, Orban bölmələrlə on mövzunu sadalayıb. Məktubun həcmi isə A4 formatında bir yarım səhifə olduğu deyilib.
“Ümumiyyətlə, yaxın gələcəkdə hərbi münaqişənin intensivliyinin köklü şəkildə artacağını müşahidə etmək olar”, - məktubda qeyd edilir.
Eyni zamanda, “Bild” vurğulayır ki, Orban Çinlə sülh konfransı, Rusiya ilə diplomatik münasibətlərin bərpası və Ukrayna ilə bağlı mövqeyə görə hörməti itirilən qlobal Cənuba qarşı siyasi hücuma dair danışıqlara çağırır”.

DİGƏR XƏBƏRLƏR

Top