
Fransa Prezidenti Emmanuel Makron Qabriel Attalın baş nazir postundan istefasını qəbul edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə Yelisey sarayı öz kommünikesində məlumat verib.
Eyni zamanda, dövlət başçısı hazırkı hökumətə “Yeni Nazirlər Kabineti formalaşana qədər cari işlərə baxılmasını təmin etməyi” tapşırıb.
Qeyd edək ki, Qabriel Attal iyulun 8-də - Prezident Emmanuel Makronun koalisiyası cəmi 168 yer alaraq ikinci yeri tutduğu parlament seçkilərinin ikinci turunun nəticələrindən dərhal sonra istefa verib. Lakin Makron Attalın istefasını qəbul etməyib və ondan ölkənin sabitliyini təmin etmək üçün bu vəzifəni müvəqqəti tərk etməməyi xahiş edib.
Tətbiqimizi yükləyə bilərsiniz