“Ermənistan sazişin bağlanması prosesində səmimi iştirak edir” – Mirzoyan


“Ermənistan Azərbaycanla sülh sazişinin bağlanması prosesinə qoşulub və Türkiyə ilə münasibətlərin tam həllinə səy göstərir”.
Yeniavaz.com
xəbər verir ki, bunu Nyu-Yorkda Davamlı İnkişaf üzrə Yüksək Səviyyəli Siyasi Forumun nazirlər seqmentində məruzə zamanı Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan deyib.
“Ermənistan Azərbaycanla Alma-Ata Bəyannaməsi əsasında bir-birinin ərazi bütövlüyünün qarşılıqlı tanınması və dövlət sərhədinin delimitasiyası prinsipinə əsaslanan sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında sazişin bağlanması prosesində səmimi iştirak edir. Ermənistan Türkiyə ilə münasibətləri tam həll etmək, diplomatik əlaqələr qurmaq və sərhədləri açmaq üçün daim səylər göstərir ki, bu da uğurlu olarsa, şübhəsiz ki, regiona müsbət təsir göstərəcək”, - Mirzoyan bildirib.
O qeyd edib ki, bu baxımdan Ermənistan ölkə ilə qonşu dövlətlər arasında əlaqələrin inkişafına, bununla da regionda münasibətlərin bütün məntiqini münaqişədən qarşılıqlı faydalı əməkdaşlığa çevirməyə yönəlmiş “Dünyanın kəsişməsi” layihəsinin təşəbbüskarı olub.

DİGƏR XƏBƏRLƏR

Top