
İsrail hərbçilərinin Fələstinin Qəzza zolağında keçirdiyi əməliyyatlar nəticəsində son 24 saat ərzində 49 fələstinli ölüb, 69 fələstinli yaralanıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə anklavın Səhiyyə Nazirliyinin “Telegram” kanalında məlumat dərc olunub.
Bildiriib ki, bununla da ötən il oktyabrın 7-dən bəri İsrail təcavüzü nəticəsində Qəzza zolağında ölənlərin sayı 38 min 713 nəfərə, yaralananların sayı isə 89 min 166 nəfərə çatıb.