
“Dərnəgül” stansiyasında maşinist monitorunda “qapıların bağlanmaması” işarə sistemi işə düşüb. Maşinist vaqon qapısını yoxladaqdan sonra idarəetmə sistemi yanlış göstərdiyi üçün əlavə texniki baxış keçirilməsi zərurəti yaranıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Bakı Metropoliteni” məlumat yayıb.
Bildirilib ki, xətdə hərəkətin təşkilinə maneə yaratmamaq üçün həmin qatar digər qatarların hərəkət etmədiyi stansiya yoluna keçirilib.
“Əlavə baxış keçirilib və proqram təminatı yenidən yoxlanılıb. Ümumən intervaldan əlavə 4 dəqiqə yubanma yaranıb. qatar baxış keçirildikdən sonra hər hansısa problem müəyyən olunmadığı üçün yoluna davam edib”, - məlumatda qeyd olunur.
Tətbiqimizi yükləyə bilərsiniz